“İnsanın dəyərinin geyimi ilə deyil, biliyi ilə olduğu aşılamalıdırlar” – VİDEO

XƏBƏR XƏTTİ
Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı – Əri saxlanıldı•Ermənistanda saxlanılan hərbçimiz ifadə verdi: “Mənə bıçaqla hücum edib döydülər”•Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək•Prezident onu qarşıladı – FOTOLAR•22 min rüşvət alan bələdiyyə sədrinə hökm oxundu•Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin olunub – FOTO•“İnsanın dəyərinin geyimi ilə deyil, biliyi ilə olduğu aşılamalıdırlar” – VİDEO•Şlyapalı kişi… – Meyxoş Abdullah yazır…•Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı – Əri saxlanıldı•Ermənistanda saxlanılan hərbçimiz ifadə verdi: “Mənə bıçaqla hücum edib döydülər”•Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək•Prezident onu qarşıladı – FOTOLAR•22 min rüşvət alan bələdiyyə sədrinə hökm oxundu•Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin olunub – FOTO•“İnsanın dəyərinin geyimi ilə deyil, biliyi ilə olduğu aşılamalıdırlar” – VİDEO•Şlyapalı kişi… – Meyxoş Abdullah yazır…•

“Vahid məktəbli forması uşaqlar arasında sosial-iqtisadi fərqlərin daha az nəzərə çarpmasına, uşaqlar arasındakı ayrıseçkilik riskinin azalmasına və məktəbə aidiyyat hissinin güclənməsinə kömək edir”. 

Mecra.az xəbər verir ki, bu barədə psixoloq Aysel Novruzova vahid məktəbli forması ilə bağlı fikirlərini bölüşərkən deyib.

O bildirib ki, uşaqlar məktəb yaşlarında özlərini həmyaşıdları ilə müqayisə edirlər. Geyim, xüsusilə geyimin markası, qiyməti bu müqayisənin əsas səbəbindən birinə çevrilir: “Burada valideynlərin rolu böyükdür. Onlar uşaqlara geyim qaydalarının məqsədini düzgün izah etməli, eyni zamanda insanın dəyərinin geyimi ilə deyil, biliyi, bacarığı, davranışı ilə ölçülməli olduğunu aşılamalıdırlar.

Müəllim şagirdlər üçün davranış modelidir. Uşaqlar müəllimi yalnız dedikləri ilə deyil, həmçinin geyimi, özünü təqdim etmə tərzindən, davranışından öyrənirlər. Müəllimin geyiminin məktəb mühitinə uyğun olması, məktəb mədəniyyətinin bir hissəsidir”.“Qafqazinfo”

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt