Fəal əməkdaşlığın bariz nümunəsi

XƏBƏR XƏTTİ
Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? – VİDEO•Cəlilabadın inkişaf salnaməsində yeni səhifə: Rafiq Cəlilovun idarəçilik yolu•Çindən Azərbaycana avtomobil idxalı kəskin azaldı – VİDEO•Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib – FOTO•Prezidentin Türkmənistan səfərindən görüntülər•10 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Naxçıvanda suyun verilişində fasilə yaranacaq – Xəbərdarlıq•Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX•Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? – VİDEO•Cəlilabadın inkişaf salnaməsində yeni səhifə: Rafiq Cəlilovun idarəçilik yolu•Çindən Azərbaycana avtomobil idxalı kəskin azaldı – VİDEO•Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib – FOTO•Prezidentin Türkmənistan səfərindən görüntülər•10 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Naxçıvanda suyun verilişində fasilə yaranacaq – Xəbərdarlıq•Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX•

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü zamanı səsləndirdiyi fikirlər, xüsusilə burada imzalanmış sənədlər gələcək tərəfdaşlıq üçün vacib əhəmiyyət daşıyır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sammitdə iştirakı və çıxışı münasibətlərin sadəcə bu ölkələr çərçivəsində deyil, bütövlükdə Türk dünyasında inteqrasiyanın sürətləndirilməsi, regional sabitlik və geoiqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi baxımından strateji çəkisini bir daha ortaya qoyur. Bu əməkdaşlıq modeli siyasi etimad, tarixi yaxınlıq və müasir çağırışlara cavab verən praqmatik yanaşmalar əsasında regionda yeni bir strateji inkişaf və təhlükəsizlik arxitekturasının mühüm seqmentlərini formalaşdırır. Dövlətlərarası münasibətlərin dərin kökləri xalqlarımız arasında qardaşlıq və dostluq bağlarına əsaslanır. Qarşılıqlı mədəniyyət günləri, ədəbi-tarixi irsin qorunması və gənclər siyasəti sahəsində əməkdaşlıq mənəvi yaxınlığı artırır.

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin genişləndirilməsi potensialından danışan dövlət başçısı Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün qardaş xalqlarımız arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacağına əminliyini ifadə edib.

Əməkdaşlıq formatımızın geosiyasi əhəmiyyəti təkcə energetika və nəqliyyat sahələrində birgə layihələrlə yekunlaşmır. Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinin təminatıdır. Lderlərin  8-ci görüşü həmçinin Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində Xəzər bağlantısının daha sistemli şəkildə qurulması strategiyasının davamıdır.

Şirinəli Kazımov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının                                        

Əliqasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi                                                                                                                         

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt