Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü

XƏBƏR XƏTTİ
11 gün İŞ OLMAYACAQ: Tarixlər açıqlandı•Abşeron Mərkəzi Xəstəxanasında insident: Baş həkimin müavini bıçaqlandı•Bu marşrutların hərəkət sxemləri dəyişdirildi•İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət•Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü•İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir – FOTOLAR•Əliyevi “Avaza” Kompleksində qarşıladı – Fotolar•Prezident Türkmənistana işgüzar səfər etdi – FOTOLAR•11 gün İŞ OLMAYACAQ: Tarixlər açıqlandı•Abşeron Mərkəzi Xəstəxanasında insident: Baş həkimin müavini bıçaqlandı•Bu marşrutların hərəkət sxemləri dəyişdirildi•İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət•Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü•İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir – FOTOLAR•Əliyevi “Avaza” Kompleksində qarşıladı – Fotolar•Prezident Türkmənistana işgüzar səfər etdi – FOTOLAR•

“AİD Group” xaricdə təhsil şirkətinin həbsdə olan faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə təqsirləndirilən şəxsin müraciəti əsasında belə qərar qəbul edib.

Samir Yəhyazadənin 2 ay müddətinə “Kürdəxanı türməsi” kimi tanınan Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə qərar verilib.

Qeyd edək ki, S.Yəhyazadə 3 ay əvvəl DTX tərəfindən həbs edilib. O, həyat yoldaşı, aparıcı Nigar Fərhadla birgə külli miqdarda dələduzluqda ittiham olunur. İş üzrə zərərçəkmişlərin əksəriyyəti xaricdə təhsil almaq üçün müraciət edən şəxslərdir. N.Fərhad barəsində isə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.

Hazırda “AİD Group”la bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt