Əbədi, təkrarsız  lider

XƏBƏR XƏTTİ
Bakıda fərdi ev uçdu – Ölən və yaralanan var – VİDEO•Sabaha olan hava proqnozu açıqlandı•“Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı” – VİDEO•“Səmaların fatehi”nin – Anım günüdür•Əbədi, təkrarsız  lider•Vətən müharibəsinin səkkizinci günü – Cəbrayıl şəhəri işğaldan azad edilir•Heydər Əliyevin  titanik fəaliyyəti  nəsillərə nümunədir   •Tarixin dərslərini unutmaq olmaz!•Bakıda fərdi ev uçdu – Ölən və yaralanan var – VİDEO•Sabaha olan hava proqnozu açıqlandı•“Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı” – VİDEO•“Səmaların fatehi”nin – Anım günüdür•Əbədi, təkrarsız  lider•Vətən müharibəsinin səkkizinci günü – Cəbrayıl şəhəri işğaldan azad edilir•Heydər Əliyevin  titanik fəaliyyəti  nəsillərə nümunədir   •Tarixin dərslərini unutmaq olmaz!•

Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər  Heydər Əliyev öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ulu öndər Heydər Əliyev zamanın çağırışına cavab verən, zamanı qabaqlayan dahi şəxsiyyət idi. Onun fəaliyyəti sabaha ünvanlanan fəaliyyət idi. Məhz həmin fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada aparıcı söz sahibinə çevrilib.

Ulu öndər Heydər Əliyevin 3 oktyabrda Prezident seçilməsi  Azərbaycanın tarixində əlamətdar hadisədir. Dahi şəxsiyyətin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu, Azərbaycanın müasir müstəqil dövlət kimi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusilə vurğulanmalıdır.

Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir. Heydər Əliyevin xatirəsi qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaq və xalqımız müdrik rəhbərinin xatirəsini ehtiramla yad edəcəkdir.

Xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın yalnız bu gününü sabahını, dövlətimizin gələcəyini düşünürdü. Mənalı ömrünü öz xalqına həsr etmiş Ulu öndərimizin siyasi irsi dövlət idarəçiliyi məktəbinə çevrilmişdir.. Müasir Azərbaycan tarixinin böyük bir hissəsi, önəmli bir mərhələsi Ulu Öndər Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana 34 illik rəhbərlik dövrü Azərbaycan tarixinin ən mühüm inkişaf mərhələsi olmuşdur. Azərbaycanın buğunkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir.

Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ümummilli liderimizin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə bundan sonra da faydalanacaqdır. Hələ sağlığında xalqın qəlbində özünə əbədi abidə ucaldan, millətin Ümummilli liderinə çevrilən Heydər Əliyev Azərbaycan xalqı durduqca onunla yaşayacaq.

 

  Rahim Fərəcov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının                                        

  Qarakazımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

                                                                                       

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt