Bakıda 27 yaşlı şəxsin meyiti tapılıb.
Mecra.az xəbər verir ki, hadisə sentyabrın 30-u saat 12 radələrində Yasamal rayonu Mustafa Sübhi küçəsində baş verib.
“Sovetski” adlanan ərazidə ölən şəxsin Hacıqabul rayon sakini 1999-cı il təvəllüdlü Mirzə Rzayev olması müəyyənləşib.
Onun üzərində zorakılıq izi aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.“Qafqazinfo”