Leysan olacaq – Sabahın havası

XƏBƏR XƏTTİ
Şeyx Əbdüldə Parkinson xəstəliyi aşkarlandı•Gəncədə məktəbdə 5 şagird zəhərləndi – 9 yaşları var•“44” bədii filmi oktyabrın 15-dən ölkə kinoteatrlarında – VİDEO•Leysan olacaq – Sabahın havası•Hacıqabul sakininin “Sovetski”də meyit aşkarlandı•“Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ilk şəhər kimi tarixə yazıldı”•İcra başçısı 3 nəfərə vəzifə verdi•Oktyabrda 9 gün iş OLMAYACAQ•Şeyx Əbdüldə Parkinson xəstəliyi aşkarlandı•Gəncədə məktəbdə 5 şagird zəhərləndi – 9 yaşları var•“44” bədii filmi oktyabrın 15-dən ölkə kinoteatrlarında – VİDEO•Leysan olacaq – Sabahın havası•Hacıqabul sakininin “Sovetski”də meyit aşkarlandı•“Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ilk şəhər kimi tarixə yazıldı”•İcra başçısı 3 nəfərə vəzifə verdi•Oktyabrda 9 gün iş OLMAYACAQ•

Oktyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Mecra.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüzdən arabir güclənəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 60-70 % təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, axşam yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt