“Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ilk şəhər kimi tarixə yazıldı”

XƏBƏR XƏTTİ
Şeyx Əbdüldə Parkinson xəstəliyi aşkarlandı•Gəncədə məktəbdə 5 şagird zəhərləndi – 9 yaşları var•“44” bədii filmi oktyabrın 15-dən ölkə kinoteatrlarında – VİDEO•Leysan olacaq – Sabahın havası•Hacıqabul sakininin “Sovetski”də meyit aşkarlandı•“Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ilk şəhər kimi tarixə yazıldı”•İcra başçısı 3 nəfərə vəzifə verdi•Oktyabrda 9 gün iş OLMAYACAQ•Şeyx Əbdüldə Parkinson xəstəliyi aşkarlandı•Gəncədə məktəbdə 5 şagird zəhərləndi – 9 yaşları var•“44” bədii filmi oktyabrın 15-dən ölkə kinoteatrlarında – VİDEO•Leysan olacaq – Sabahın havası•Hacıqabul sakininin “Sovetski”də meyit aşkarlandı•“Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ilk şəhər kimi tarixə yazıldı”•İcra başçısı 3 nəfərə vəzifə verdi•Oktyabrda 9 gün iş OLMAYACAQ•
“44 günlük Vətən müharibəsindən 6 il keçir. 44 günün hər günü Azərbaycanın tarixinə Zəfər günləri kimi yazıldı. Elə gün olmadı ki, rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  hansısa şəhəri, kənd və qəsəbəni işğaldan azad etməsin. Cəbrayıl azad edilən ilk şəhərimizdir. O, Vətən müharibəsinin 8-ci günündə azadlığına qovuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin 4 oktyabr tarixində xalqa müraciətində Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun 9 kəndinin (Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal) işğaldan azad edilməsi müjdəsini verdi və bu çağırışı etdi ki, biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində – 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar. Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq.

Beləliklə, Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ilk şəhər kimi tarixə yazıldı. Dövlət başçısı İlham Əliyev müraciətində bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını, əsgər və zabitləri  təbrik etdi. Qeyd edək ki, Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis olundu. Rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib”.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, tarixi Zəfərimizin əbədiləşdirilməsinə xudmət edən  mühüm addımlardan biri işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsidir: “Dövlətimizin başçısı İlham Əliyevin bununla bağlı imzaladığı Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl Şəhəri Günüdür. Cəbrayıl şəhəri və rayonun kəndləri ötən 6 ildə  genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış Proqramı əsasında mərhələ-mərhələ sakinlərinə qovuşmaları ilə diqqətdədirlər. Bu günədək sakinlərinə qovuşan 10 şəhər arasında Cəbrayıl şəhərinin də adı var. Daim bu şəhərlərin adlarını təqdim etməkdən böyük qürur hissi keçiririk. Füzuli, Laçın, Cəbrayıl, Kəlbəcər, Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdam, Zəngilan şəhərləri  sakinlərinə qovuşaraq sevincli günlərini yaşayırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli Qərarı ilə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Şəhərin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3800 nəfərin şəhərdə yerləşəcəyi qeyd olunur, 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15 000 sakinin yaşayacağı proqnozlaşdırılır”.

Malik Həsənov vurğulayıb ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi: “İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi.  İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard dollar məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. Artıq 6 ildir  azadlığına qovuşan Cəbrayıl şəhərində sürətli quruculuq işləri gedir. Bu faktı da qeyd etməliyik ki, 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilsə də, kənddə yaşayış mümkün olmayıb. 2016-cı il Aprel döyüşlərində Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad ediləndən sonra Cocuq Mərcanlı kəndi ordumuzun nəzarətinə keçdi. Aprel döyüşləri işğal dövründən bu yana ilk genişmiqyaslı döyüş əməliyyatları idi. Dörd gün davam edən savaşda Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan və Tərtər rayonunun Suqovuşan kəndləri istiqamətində bəzi mövqeləri düşməndən azad etmişdi. Strateji əhəmiyyətli yüksəkliklərin nəzarətə keçməsi böyük əhəmiyyət kəsb edirdi. Dövlətimizin başçısı İlham Əliyev xalqa sözügedən müraciətində bu reallıqlara da diqqəti yönəldərək bildirdi ki, uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlərin qayıdışına imkanlar yaratdı.  Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır”.

Millət vəkili bildirib ki, tarixi Zəfərimizdən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri başladı: “İlk səfər 2020-ci ilin 16 noyabr tarixində  məhz Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən şəhərlərinə oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev  Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan Bayrağını ucaltdı,  dağıdılmış Cəbrayıl şəhərinin mərkəzinə baxış keçirildi. Dövlətimizin başçısı Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verdi. Qısa zamanda Zəfər yolu istifadəyə verildi. Cənab İlham Əliyevin ötən 6 ildə Cəbrayıl rayonuna 12 səfəri olub. Bu səfərlərin hər birinə diqqət yetirsək Böyük Qayıdış Proqramının uğurlu icrasına xidmət edən mühüm addımlarla zəngin olduğunu görərik. Bu günədək görülən işlərin nəticəsidir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salındı.  Ümumilikdə 2026-cı il sentyabrın 28-nə qədər Cəbrayıl şəhərində 680 ailə, 2974 nəfər, Horovlu kəndində 321 ailə, 1326 nəfər, Şükürbəyli kəndində 599 ailə, 2749 nəfər olmaqla cəmi 1600 ailə, 7022 nəfər məskunlaşıb. Statistik rəqəmləri qeyd edərkən hər zaman vurğulanır ki, bu göstərici son deyil. Hər gün azad edilmiş ərazilərimizə mərhələ-mərhələ keçmiş məcburi köçkünlərin qayıdışının şahidinə çevrilirik”.

Malik Həsənov qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev 2021-ci il oktyabr ayının 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyarkən bu çağırışı etmişdir ki, bu gün bu şanlı tarixi birlikdə qeyd etmək üçün mən cəbrayıllıları onların öz yurduna, vətəninə dəvət etdim. Ona görə “Cəbrayıla xoş gəlmisiniz” demək sözləri ilə öz çıxışıma başlayıram. Amma əminəm ki, bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə “Xoş gəlmisiniz, cənab Prezident” deyəcəklər.

O zamandan ötən 5 ilin reallıqları göz önündədir. Cəbrayıl şəhəri və kəndlər genişmiqyaslı bərpa-quruculuq işlərinin nəticəsi olaraq yeni həyata başlayıblar. Dövlətimizin başçısı İlham Əliyevin rayona səfərləri zamanı ictimaiyyət nümayəndələri ilə görüşlərinin hər biri gələcəyə yönələn  mühüm çağırışlarla tarixə yazılıb. Ölkə Prezidentinin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə ilk görüşündə ifadə etdiyi əminlik artıq reallıqdır. Bu gün dogma yurd-yuvalarına qayıdan  cəbrayıllılar böyük qürur və sevinc hissi ilə “Xoş gəlmisiniz, cənab Prezident” deyirlər. 4 oktyabr tariximizdə əbədi qalacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt