“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO

XƏBƏR XƏTTİ
“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı – VİDEO – FOTOLAR•Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı – VİDEO – FOTOLAR•Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım•

Vətən müharibəsindən danışarkən “Əfsanəvi tabor”un adını çəkməmək mümkün deyil. Xüsusi təyinatlı qüvvələrdən ibarət bu tabor Füzuli istiqamətində təmas xəttini yaran ilk bölmələrdən olub.

Taborun komandiri, ehtiyatda olan polkovnik-leytenant Nizami Əliyev qələbənin əsasının Aprel döyüşlərində qoyulduğunu Baku TV-yə bildirib:

“Qələbəmizin bünövrəsi Aprel döyüşlərində yatır. Çünki həmin döyüşlərdə biz düşmənin özünə arxayınlıq hissini sındırdıq, onların onurğa sütununa ciddi zərbə vurduq. Bu, Birinci Qarabağ müharibəsindən sonra düşmənə endirdiyimiz ilk ciddi zərbə idi. Biz döyüşlə kəşfiyyat apardıq, düşmənin reaksiyasını və döyüş hazırlığını yoxladıq”.

Nizami Əliyev Vətən müharibəsində Cəbrayıl-Füzuli istiqamətində ağır yaralandığını və döyüş meydanından onun təxliyəsində şəhid Qəzənfər Mütəllimovun xüsusi rol oynadığını da qeyd edib:

“Vətən müharibəsində Cəbrayıl-Füzuli istiqamətində çox ağır yaralanmışdım. Məni döyüş meydanından birbaşa təxliyə edən şəhidimiz Qəzənfər Mütəllimov olub. İlk yaralananda onun səsini eşitdim və həmin səs yaddaşımda qaldı. Daha sonra huşumu itirdim və iki gün sonra ayıldım. Bir neçə gün sonra öyrəndim ki, Qəzənfər Mütəllimov döyüşlərdə qəhrəmancasına şəhid olub. O, təkcə məni deyil, bir çox yaralı əsgərimizi döyüş meydanından təxliyə edib. Mən bu gün yaşayıramsa, həyatımı birinci növbədə Qəzənfər Mütəllimova borcluyam”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt