Sabahın havası açıqlandı

Sentyabrın 19-da gözlənilən hava proqnozu açıqlanıb.

Mecra.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-23°, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22°, gündüz 29-33° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacaq.

👁 48 baxış