Bakıda 6 dost gecə 4-də dəhşət yaşayıb – Biri ölüb, digəri ağır yaralanıb – FOTO

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Bu ilin fevral ayında paytaxtın Yasamal rayonu ərazisində baş vermiş ağır yol qəzası ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsində 22 yaşlı Əli Məmmədova hökm oxunub.

Məlum olub ki, hadisə gecə saat 04:20-də Kənar Dairəvi yolun Yasamal rayonundan keçən hissəsində – üzü Lökbatan qəsəbəsi istiqamətində baş verib.

Həmin gecə Əli, Murad, Cəfər və digər 3 dostları “Khazar” markalı maşınla hərəkətdə olublar. Avtomobil Cəfərə məxsus olsa da, o və digər dostları içkili olduqlarından sükan arxasına ayıq vəziyyətdə olan Əli keçib. Lakin o, maşını idarə edərkən sükana hakimiyyəti itirib və nəqliyyat vasitəsi yol kənarındakı yük avtomobilinə çırpılıb. Nəticədə, 21 yaşlı Murad Məhərrəmov həlak olub, dostlardan daha biri ağır xəsarət alıb.

M.Məhərrəmov bərbər kimi fəaliyyət göstərirmiş. O, ailədə 4 qardaşın ən kiçiyi olub.

Məhkəmədə mərhumun ailəsi, eləcə də digər zərərçəkən şəxs Əlidən şikayətçi olmayıb.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Əliyə 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Onun 2 il müddətə sürücülük hüququ da məhdudlaşdırılıb və cəzasını məntəqə tipli müəssisədə çəkməsi bildirilib.


Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt