Yeni Azərbaycan Partiyası  Pirallahı rayon təşkilatının IV konfransı keçirildi – FOTOLAR

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Mecra.az xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov hesabat məruzəsi ilə çıxış edib. Məruzədə qeyd olunub ki, YAP Pirallahı rayon təşkilatı ötən beşillik hesabat dövründə Yeni Azərbaycan Partiyasının müəyyən etdiyi strateji hədəf və prioritet istiqamətlərə uyğun olaraq, qarşıya qoyulmuş vəzifələrin sistemli, ardıcıl və məqsədyönlü şəkildə icrasını təmin edib. Hesabat dövründə təşkilati-idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, ərazi partiya təşkilatlarının institusional fəaliyyətinin gücləndirilməsi, partiya üzvləri ilə işin səmərəliliyinin artırılması, üzvlük bazasının möhkəmləndirilməsi və ictimai-siyasi fəallığın yüksəldilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilib. Bildirilib ki, rayon təşkilatının fəaliyyətində siyasi maarifləndirmə, ideoloji işin gücləndirilməsi, partiya fəallarının potensialından səmərəli istifadə olunması, gənclərin ictimai-siyasi proseslərə fəal inteqrasiyası və onların siyasi təşəbbüskarlığının stimullaşdırılması əsas prioritetlərdən olub. Eyni zamanda, ərazi partiya təşkilatlarının fəaliyyətinin koordinasiyası, daxili partiya intizamının möhkəmləndirilməsi, seçki proseslərində fəal iştirakın təmin edilməsi və partiyanın proqram məqsədlərinin yerli səviyyədə ardıcıl şəkildə həyata keçirilməsi istiqamətində məqsədyönlü iş aparılıb. Emil Abasov vurğulayıb ki, əldə olunan nəticələr YAP Pirallahı rayon təşkilatının təşkilatlanma səviyyəsinin, institusional dayanıqlığının və siyasi fəallığının daha da yüksəldiyini göstərir. Hesabat dövründə həyata keçirilən tədbirlər partiyanın cəmiyyətlə əlaqələrinin möhkəmləndirilməsinə, sosial-siyasi təşəbbüslərin dəstəklənməsinə və dövlət siyasətinin ictimai səviyyədə təbliğinin daha səmərəli təşkilinə mühüm töhfə verib.

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxışında rayonda həyata keçirilən sosial-iqtisadi layihələr, abadlıq-quruculuq işləri, əhalinin sosial rifahının yüksəldilməsi və ictimai-siyasi həyatla bağlı görülən işlər barədə məlumat verib. O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasəti Azərbaycanın iqtisadi potensialının gücləndirilməsinə, əhalinin sosial rifahının yüksəldilməsinə və regionların, o cümlədən Pirallahı rayonunun hərtərəfli inkişafına geniş imkanlar yaradıb.

RİH başçısı çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı xüsusi roluna da toxunub. Qeyd edib ki, YAP mürəkkəb ictimai-siyasi şəraitdə, ölkədə siyasi və iqtisadi böhranın hökm sürdüyü bir dövrdə yaranıb. Belə bir şəraitdə Azərbaycanın tanınmış ziyalıları milli maraqları müdafiə edən siyasi qüvvənin formalaşdırılması məqsədilə Ümummilli Lider Heydər Əliyevə müraciət ediblər. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciət YAP-ın yaradılması istiqamətində mühüm siyasi addım olub. Heydər Əliyevin təşəbbüsü dəstəkləməsi ilə 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində partiyanın təsis konfransı keçirilib. Konfransda Azərbaycanın müxtəlif bölgələrindən 550 nəfərdən çox nümayəndə iştirak edib və Heydər Əliyev yekdilliklə YAP sədri seçilib.

Çıxışda YAP Pirallahı rayon təşkilatının fəaliyyətinə də diqqət çəkilib. Bildirilib ki, rayon yarandıqdan qısa müddət sonra – 2013-cü il iyulun 17-də YAP Pirallahı rayon təşkilatı təsis edilib. Ötən dövr ərzində təşkilat rayonun ictimai-siyasi həyatında fəal iştirak edib, Heydər Əliyev irsinin, dövlətçilik ənənələrinin və milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, şəhidlərin xatirəsinin yaşadılması, Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə diqqət və qayğının göstərilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirib.

YAP İdarə Heyətinin üzvü Rauf Əliyev çıxışında Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının xalqın iradəsinə və dövlətçilik maraqlarına əsaslanaraq fəaliyyət göstərdiyini vurğulayıb. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mühüm siyasi, iqtisadi və tarixi nailiyyətlər əldə etdiyini qeyd edib. Bildirilib ki, YAP-ın cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi fəaliyyət göstərməsi ölkəmizin davamlı inkişafının və ictimai-siyasi sabitliyin təmin olunmasında mühüm rol oynayır.

SOCAR-ın “28 May” NQÇİ-nin rəisi Ramin Quliyev və Pirallahı Tibb Mərkəzi PHŞ-in direktoru Şöhrət Söyziyev çıxışlarında Yeni Azərbaycan Partiyasının ictimai-siyasi proseslərdə fəal mövqeyi ilə seçildiyini qeyd ediblər. Çıxışlarda partiyanın fəaliyyətinin müxtəlif sahələrdə çalışan üzvlərin ictimai fəallığının artırılmasına, dövlət siyasətinin təbliğinə və cəmiyyətlə səmərəli kommunikasiyanın qurulmasına mühüm töhfə verdiyi vurğulanıb.

Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov və şəhid anası Çiçək Nəbiyeva çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynadığını bildiriblər. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması xalqımızın tarixi Zəfəridir və bu uğurlar dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsinə xidmət edir.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Rəfael Gülməmmədov partiyanın VII qurultayından sonra həyata keçirilən təşkilati işlərdən və qarşıda duran əsas vəzifələrdən danışıb. O, YAP Pirallahı rayon təşkilatının hesabat dövründəki fəaliyyətini müsbət qiymətləndirərək, qarşıdakı mərhələdə də təşkilati işin daha da təkmilləşdirilməsi, partiya üzvləri ilə əlaqələrin gücləndirilməsi və partiyanın fəaliyyət istiqamətlərinin uğurla həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Konfransda YAP Pirallahı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

 

👁 75 baxış