Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı – FOTOLAR

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Sentyabrın 14-ü Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Əbu-Dabi Hökumətinin suveren investoru olan L’İMAD ikitərəfli iqtisadi əlaqələri möhkəmləndirmək və birgə inkişaf hədəflərini dəstəkləmək məqsədilə strateji əməkdaşlıq Sazişi imzalayıblar.

Mecra.az xəbər verir ki, saziş Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov və L’İMAD-ın idarəedici direktoru və qrup baş icraçı direktoru Cassem Bu Ataba Al Zaabi tərəfindən imzalanıb.

Sazişin şərtlərinə əsasən, AİH və L’İMAD fondu Azərbaycanda və Mərkəzi Asiya regionunda birgə strateji investisiyaların qoyulmasını planlaşdırır.

Tərəfdaşlıq çərçivəsində qarşılıqlı maraq kəsb edən prioritet sahələrə, xüsusilə sənaye, kritik faydalı qazıntılar və müvafiq təchizat zəncirlərinin qurulması, şəhər və nəqliyyat infrastrukturu, energetika, eləcə də rəqəmsal qoşulma istiqamətlərinə xüsusi diqqət yetiriləcək.

Tərəflər bu sazişin Azərbaycan ilə BƏƏ arasında dinamik şəkildə artan iqtisadi əlaqələrin bariz nümunəsi olduğunu və davamlı inkişafı dəstəkləyən yüksəkkeyfiyyətli investisiya imkanlarının müəyyən edilməsi istiqamətində birgə tərəfdaşlığı əks etdirdiyini vurğulayıblar.

Sənəd çərçivəsində uzunmüddətli kapitalın strateji sektorlara birgə yönəldilməsi, regional inteqrasiyanın və əlaqələrin gücləndirilməsi, eləcə də hər iki ölkə üçün dayanıqlı və uzunmüddətli iqtisadi dəyərin yaradılması hədəflənir.

 


Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt