Sabahdan Bakıdakı xətlərə rekord sayda avtobus buraxılacaq

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Sabahdan paytaxtda marşrut xətlərinə cəlb edilən avtobusların sayı rekord həddə – 2530-a çatdırılır. 

Mecra.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, bu, son illərin ən yüksək göstəricisidir. Belə ki, 2022-ci ilin sentyabrında Bakı şəhərində sərnişindaşıma üçün 1780 avtobus istismar olunub. Bu rəqəm 2023-cü ildə 2011-ə, 2024-cü ildə 2180-ə, 2025-ci ildə isə 2340-ə yüksəlib. Beləliklə, cəmi 5 il ərzində paytaxtda xətlərə cəlb olunan avtobusların sayı 750 ədəd və ya 42% artırılıb.

Bu il isə ilk dəfə olaraq Bakı marşrutlarında eyni vaxtda 2530 avtobusun istismarı təmin edilir. Ötən illə müqayisədə bu, 200-ə yaxın avtobus artım deməkdir.

Avtobus sayındakı artım xüsusilə sərnişin tələbatının yüksəldiyi tədris mövsümü ərəfəsində əhəmiyyətlidir. Bununla yanaşı, metro xətlərinin ayrılması layihəsi çərçivəsində son bir ay ərzində 8 ekspres təşkil olunub və 28 müntəzəm xətt gücləndirilib. 

Avtobus parkının həm say, həm də keyfiyyət baxımından yenilənməsi istiqamətində işlər ilin sonuna qədər də davam etdiriləcək. Bu il 29 sayda xətdə isə avtobuslar daha yeni və müasir avtobuslarla əvəz edilib. Qeyd edilib ki, bu il özəl və dövlət müəssisələri tərəfindən 308 sayda avtobus gətirilib. Avtobusların artırılması davam etdirilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt