Həmin gündən 4 il ötdü… – FOTOLAR

XƏBƏR XƏTTİ
Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•“Müəllimlərin böyük çoxluğu tədris fəaliyyətini davam etdirir”•Ərdoğan Zəfər Günü təbrikini Azərbaycan səmasından etdi – VİDEO•3 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Sabahın havası açıqlandı•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•“Müəllimlərin böyük çoxluğu tədris fəaliyyətini davam etdirir”•Ərdoğan Zəfər Günü təbrikini Azərbaycan səmasından etdi – VİDEO•3 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Sabahın havası açıqlandı•

2022-ci ildə Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatdan 4 il ötür.

“Qafqazinfo” xəbər verir ki, 2022-ci il sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Bu təxribatın və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb.

Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu şəhid olub.

Bu gün şəhid olanların yaxınları onların II Fəxri xiyabandakı məzarlarını ziyarət edib, xatirələrini yad ediblər.

Həmin şəhidlərdən biri də uşaq evində böyüyən Səbuhi Əhmədov olub. Onun vətən uğrunda şəhid olmasından sonra hüzünlü hekayəsi hər kəsi təsirləndirib. Dünən isə onun qardaşı müraciət yayaraq, anım günündə hər kəsi qardaşını yad etməyə çağırmışdı.




























Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt