“Biz özümüz də şokdayıq” – “Şəki yaylası”nın direktoru

XƏBƏR XƏTTİ
Deputat Arzuxan Əlizadənin oğlunu dəhşətli davada öldürülən Ceyhunla nə birləşdirib? – Şok fotolar•Deputatın oğlu həbs edildi – Yenilənib•İcra başçısı şəhidin doğum günündə ailəsini tək qoymadı – FOTOLAR•Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi – Açıqlama•15 illik həsrətə son qoyan adam! – FOTOLAR•26 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•“Ceyhun Sabunçu”nu qətlə yetirənlər haqda qərar verildi•Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək? – FOTO•Deputat Arzuxan Əlizadənin oğlunu dəhşətli davada öldürülən Ceyhunla nə birləşdirib? – Şok fotolar•Deputatın oğlu həbs edildi – Yenilənib•İcra başçısı şəhidin doğum günündə ailəsini tək qoymadı – FOTOLAR•Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi – Açıqlama•15 illik həsrətə son qoyan adam! – FOTOLAR•26 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•“Ceyhun Sabunçu”nu qətlə yetirənlər haqda qərar verildi•Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək? – FOTO•

Ötən gün “Şəki yaylası” istirahət mərkəzində kanatın qırılması nəticəsində baş verən ölüm hadisəsi ilə bağlı mərkəzin direktoru Abbasət Məhərrəmov açıqlama verib.

Mecra.az xəbər verir ki, direktor “Shimal.News”a danışarkən hadisənin şokunda olduğunu bildirib.

“Bu hadisə milyonda bir belə olmur. Biz özümüz də şokdayıq. Bu, çox böyük faciədir. Açığı, hələ də nə deyəcəyimizi bilmirik. Hadisənin şokundan ayılmamışıq”, – deyə direktor bildirib.

Onun sözlərinə görə, hadisənin başvermə səbəbi hava şəraitinin əlverişsiz olması da ola bilər.

“Bütün təhlükəsizlik yoxlamaları həyata keçirilmişdi. Hadisə baş verən gün isə hava şəraiti olduqca pis idi. Güclü külək və burulğan var idi. Hazırda hadisənin dəqiq hansı səbəbdən baş verdiyi araşdırılır. İstintaq və araşdırmaların nəticəsini gözləmək lazımdır”, – A.Məhərrəmov qeyd edib.

Qeyd edək ki, ötən gün “Şəki yaylası” istirahət mərkəzində iki nəfər – 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov kanat trosunun qırılmasını nəticəsində həyatını itirib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt