Qarabağ və Şərqi Zəngəzurda incəsənət təhsili almaq istəyənlər üçün yeni imkan

XƏBƏR XƏTTİ
Deputat Arzuxan Əlizadənin oğlunu dəhşətli davada öldürülən Ceyhunla nə birləşdirib? – Şok fotolar•Deputatın oğlu həbs edildi – Yenilənib•İcra başçısı şəhidin doğum günündə ailəsini tək qoymadı – FOTOLAR•Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi – Açıqlama•15 illik həsrətə son qoyan adam! – FOTOLAR•26 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•“Ceyhun Sabunçu”nu qətlə yetirənlər haqda qərar verildi•Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək? – FOTO•Deputat Arzuxan Əlizadənin oğlunu dəhşətli davada öldürülən Ceyhunla nə birləşdirib? – Şok fotolar•Deputatın oğlu həbs edildi – Yenilənib•İcra başçısı şəhidin doğum günündə ailəsini tək qoymadı – FOTOLAR•Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi – Açıqlama•15 illik həsrətə son qoyan adam! – FOTOLAR•26 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•“Ceyhun Sabunçu”nu qətlə yetirənlər haqda qərar verildi•Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək? – FOTO•

Mədəniyyət Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə incəsənət təhsilinin təşkili və uşaqların incəsənət təhsilinə əlçatanlığının təmin edilməsi məqsədilə qəbul üçün elektron müraciət imkanı yaradılıb.

Mecra.az xəbər verir ki, Xankəndi şəhərində, Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl və Zəngilan rayonlarında incəsənət təhsili almaq istəyən şəxslər elektron müraciət edə bilərlər.

Müxtəlif incəsənət istiqamətləri üzrə təhsil almaq istəyən şəxslər MyCulture vahid şəxsi kabineti üzərindən müraciətlərini təqdim edə bilərlər.

Daxil olan müraciətlər ərazilər və ixtisaslar üzrə təhlil ediləcək. Formalaşan tələbat nəzərə alınmaqla tədrisin təşkili, müvafiq ixtisasların müəyyənləşdirilməsi və müəllim təminatı istiqamətində zəruri tədbirlər görüləcək.

Bu məqsədlə MyCulture platformasında işğaldan azad edilmiş ərazilər üzrə xüsusi müraciət bölməsi aktivləşdirilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt