İcra başçısı yüksək bal toplayan tələbələrlə görüşdü – FOTOLAR

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı 2025-2026-cı tədris ilində Respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək bal toplayan məzunlarla görüşüb.

Mecra.az xəbər verir ki, tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayon təhsil sektorunun müdiri İlkin Zeynalov, müəllimlər, valideynlər və məzunlar iştirak ediblər.Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən RİH başçısı Rafiq Cəlilov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, həmçinin tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü bildirib. Rafiq Cəlilov bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident cənab İlham Əliyev ilə Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən təhsil strategiyası ölkəmizin dayanıqlı inkişafının təminatçısıdır. Bu gün qazanılan hər bir uğur, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması məhz güclü dövlətçilik, səmərəli gənclər və təhsil siyasətinin bəhrəsidir.

RİH başçısı gənclərin ali məktəblərdə də yüksək intizam və bilik nümayiş etdirəcəklərinə, gələcəkdə peşəkar kadr kimi respublikamızın tərəqqisinə töhfə verəcəklərinə əminliyini ifadə edib.

Həmçinin çıxış edən rayon təhsil sektorunun müdiri İlkin Zeynalov, müəllimlər, valideynlər və məzunlar ölkəmizin təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısından geniş bəhs ediblər.

Sonda tələbə adını qazanan yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan məzunlara Fəxri Fərmanlar və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

Bir mətn şəkili ola bilər

Bir mətn şəkili ola bilər

Bir bir və ya daha çox şəxs, dərs oxuyan insanlar və mətn şəkili ola bilər

Bir bir və ya daha çox şəxs şəkili ola bilər

Şəkilin açıqlaması yoxdur.

Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər

Bir bir və ya daha çox şəxs şəkili ola bilər

Bir mətn şəkili ola bilər

Bir mətn şəkili ola bilər

Bir mətn şəkili ola bilər

Bir ‎bunu deyən yazı "‎FOXRI RIF FORMAN M تت oR 이이이의‎"‎ şəkili ola bilər

Şəkilin açıqlaması yoxdur.

👁 86 baxış