Cəlilabadda yol tikintisi zamanı qədim yaşayış məskəni aşkarlandı – FOTO

XƏBƏR XƏTTİ
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür – FOTO•İlham Əliyev onları belə təbrik etdi – “Gözəl oyun nümayiş etdirdiniz”•İnfantinodan Prezidentə xatirə hədiyyələri – FOTOLAR•Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş – FOTOLAR•Prezident ailəsi ilə FIFA U-15 dünya çempionatının açılış mərasimini izlədi – FOTOLAR•Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal•Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı – DTX-dən əməliyyat•Lənkəranda balıq tutmağa gedən kişinin meyiti tapıldı•Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür – FOTO•İlham Əliyev onları belə təbrik etdi – “Gözəl oyun nümayiş etdirdiniz”•İnfantinodan Prezidentə xatirə hədiyyələri – FOTOLAR•Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş – FOTOLAR•Prezident ailəsi ilə FIFA U-15 dünya çempionatının açılış mərasimini izlədi – FOTOLAR•Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal•Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı – DTX-dən əməliyyat•Lənkəranda balıq tutmağa gedən kişinin meyiti tapıldı•

Cəlilabad rayonunda yol tikintisi zamanı qədim yaşayış məskəninə aid olduğu ehtimal edilən arxeoloji tapıntılar aşkarlanıb.

Mecra.az xəbər verir ki, rayonun Ağdaş kəndi ərazisində yol çəkilişi aparılarkən torpaq qatının altından saxsı qablar və müxtəlif küplər üzə çıxıb.

Tarixçilərin ilkin ehtimallarına görə, ərazidə tapılan iki küp əsasən məişətdə istifadə olunan qablardır.

Tapıntıların Son Tunc – İlk Dəmir dövrünə aid olması ehtimal edilir. Bu isə ərazidə qədim dövrlərdə yaşayışın mövcudluğu baxımından mühüm fakt sayıla bilər.

Aşkarlanan arxeoloji tapıntılar barədə artıq aidiyyəti qurumlara məlumat verilib. Ərazidə əlavə araşdırmaların aparılması və tapıntıların dəqiq tarixinin müəyyənləşdirilməsi gözlənilir.

Qeyd edək ki, Cəlilabad ərazisində müxtəlif dövrlərə aid arxeoloji abidə və maddi-mədəniyyət nümunələrinin aşkarlanması rayonun qədim yaşayış məskənlərindən biri olduğunu göstərən mühüm faktlardan hesab olunur (Teleqraf).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt