Yağış yağacaq – Sabahın havası

XƏBƏR XƏTTİ
“Qalatasaray” Fransada tarix yazdı – 27 ildən sonra ilk•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Biləsuvarda olay: 17 yaşlı qızın meyiti yaşadığı mənzilin həyətində tapıldı•Ərdoğan İlham Əliyevə zəng etdi•Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı – Saxlanılan var•Məktəblərdə 5 günlük tətil olacaq – TARİXLƏR•Bakıda qarlı havalara görə milyonluq hazırlıqlar başladı•Ulduz falı: 22 oktyabr, 2026-cı il•“Qalatasaray” Fransada tarix yazdı – 27 ildən sonra ilk•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Biləsuvarda olay: 17 yaşlı qızın meyiti yaşadığı mənzilin həyətində tapıldı•Ərdoğan İlham Əliyevə zəng etdi•Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı – Saxlanılan var•Məktəblərdə 5 günlük tətil olacaq – TARİXLƏR•Bakıda qarlı havalara görə milyonluq hazırlıqlar başladı•Ulduz falı: 22 oktyabr, 2026-cı il•

Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Mecra.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt