İcra başçısı Moranlı sakinləri ilə görüşdü – FOTOLAR

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Moranlı kənd sakinləri ilə keçirib.

Mecra.az xəbər verir ki, görüşdə rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər. Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rafiq Cəlilov bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır.

Rayon rəhbəri yerli sakinlərin bütün istək və qayğılarını dinləyib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına dair göstərişlərini verib, icra hakimiyyətinin səlahiyyətləri xaricində olan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin olunmasını tapşırıb. Rafiq Cəlilov heç bir müraciətin diqqətdən kənarda qalmayacağını və qaldırılan bütün məsələlərin şəxsi nəzarətində olduğunu qeyd edib.

Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Bir platforma şəkili ola bilər

Bir bir və ya daha çox şəxs şəkili ola bilər

Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər

Bir bir və ya daha çox şəxs və platforma şəkili ola bilər

Şəkilin açıqlaması yoxdur.

 

👁 66 baxış

Suspected Malware | Cloudflare

Warning

Suspected Malware

This website has been reported for potentially distributing malware.

Malware is malicious software created to intentionally disrupt the normal operations of a device.

Learn More