Bakıda bacı-qardaşın bıçaqlanmasının təfərrüatı – VİDEO

XƏBƏR XƏTTİ
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı – “Salyanski kazarma”da yeyinti•Hərbdə yenilik: 1 ildən 2 ilə artırıldı•Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq•Sabahın hava açıqlandı•Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi – FOTOLAR•Yeni icra başçısı kollektivə təqdim olundu – FOTOLAR•Korrupsiya əməliyyatında tutulmuş vəzifəli şəxslərin cəzaları azaldıldı – 1 həftəyə azadlığa çıxırlar•“Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib”•Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı – “Salyanski kazarma”da yeyinti•Hərbdə yenilik: 1 ildən 2 ilə artırıldı•Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq•Sabahın hava açıqlandı•Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi – FOTOLAR•Yeni icra başçısı kollektivə təqdim olundu – FOTOLAR•Korrupsiya əməliyyatında tutulmuş vəzifəli şəxslərin cəzaları azaldıldı – 1 həftəyə azadlığa çıxırlar•“Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib”•

Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində 36 yaşlı Rafael Qurbanovun bacısına və özünə xəsarət yetirməsinin təfərrüatı məlum olub.

Belə ki, R.Qurbanovun özünə xəsarət yetirmək istədiyi, bu zaman 32 yaşlı bacısı Sura Qurbanovanın ona mane olmağa çalışdığı bildirilir.

Hadisə zamanı Rafael Qurbanov bacısının kürək və qarın nahiyələrinə bıçaqla xəsarət yetirib.

Yaralı qadına qonşuları tərəfindən ilkin tibbi yardım göstərilib.

“Qızı götürüb evə gəldim. Yarasına tampon qoyanda dedi ki, qardaşım da yaralıdır. Soruşdum ki, necə yəni yaralıdır? Dedi ki, özünü kəsdi. Sonra anası gəldi. Ona dedim ki, oğlunu axtarsın, görsün hansı tərəfdədir, ona da yardım etsin”, – deyə hadisə şahidi bildirib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt