Ailə həkimləri bu qədər maaş alacaq

XƏBƏR XƏTTİ
Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb•Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi batıb – Ölən var•Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı – “Salyanski kazarma”da yeyinti•Hərbdə yenilik: 1 ildən 2 ilə artırıldı•Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq•Sabahın hava açıqlandı•Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi – FOTOLAR•Yeni icra başçısı kollektivə təqdim olundu – FOTOLAR•Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb•Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi batıb – Ölən var•Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı – “Salyanski kazarma”da yeyinti•Hərbdə yenilik: 1 ildən 2 ilə artırıldı•Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq•Sabahın hava açıqlandı•Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi – FOTOLAR•Yeni icra başçısı kollektivə təqdim olundu – FOTOLAR•

İslahat nəticəsində ilkin səhiyyə xidməti göstərən ailə həkimi və sahə həkimi vəzifələri üzrə çalışan həkim mütəxəssislərin aylıq əməkhaqqı 1 150 manatdan 2 000 manata çatdırılacaq. 

Mecra.az xəbər verir ki, bu, mövcud məbləğlə müqayisədə 850 manat və ya 74 faiz artım deməkdir.

Belə ki, Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin (RTTTYM) həkiminin əməkhaqqı 1 550 manatdan 2 200 manata yüksələcək. Bununla yanaşı, tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı 1 550 manatdan 2 500 manata yüksələcək. Beləliklə, artım 950 manat və ya 61 faiz təşkil edəcək.

3A və 3B kateqoriyalı tibb müəssisələrinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı isə 2 100 manatdan 3 000 manata çatdırılacaq.

Daha ətraflı infoqrafikada:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt