Prezidentdən daşınmaz əmlakla bağlı fərman

XƏBƏR XƏTTİ
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi batıb – Ölən var•Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı – “Salyanski kazarma”da yeyinti•Hərbdə yenilik: 1 ildən 2 ilə artırıldı•Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq•Sabahın hava açıqlandı•Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi – FOTOLAR•Yeni icra başçısı kollektivə təqdim olundu – FOTOLAR•Korrupsiya əməliyyatında tutulmuş vəzifəli şəxslərin cəzaları azaldıldı – 1 həftəyə azadlığa çıxırlar•Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi batıb – Ölən var•Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı – “Salyanski kazarma”da yeyinti•Hərbdə yenilik: 1 ildən 2 ilə artırıldı•Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq•Sabahın hava açıqlandı•Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi – FOTOLAR•Yeni icra başçısı kollektivə təqdim olundu – FOTOLAR•Korrupsiya əməliyyatında tutulmuş vəzifəli şəxslərin cəzaları azaldıldı – 1 həftəyə azadlığa çıxırlar•

“Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları”ı təsdiqlənib.

Mecra.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Qaydalar “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 5.3-cü maddəsinə uyğun olaraq hazırlanıb və daşınmaz əmlakın dövlət kadastrı sahəsində yaranan münasibətləri tənzimləyir.

Daşınmaz əmlakın kadastr uçotuna alınması daşınmaz əmlakın kəmiyyət və keyfiyyət göstəricilərinin dövlət kadastrına daxil edilməsi ilə onun mövcudluğunun dövlət tərəfindən müəyyən edilməsidir.

Dövlət kadastrı Azərbaycan Respublikasının mülkiyyətidir. Onu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi vasitəsilə aparır.

Daşınmaz əmlaka dair sahəvi kadastrlarda saxlanılan məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə dövlət kadastrına inteqrasiya edilir.

Dövlət kadastrı Qanunun 4-cü maddəsində təsbit edilmiş prinsiplər əsasında tərtib edilir və aparılır.

Qaydalarda istifadə olunan anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulan mənaları ifadə edir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt