Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq

XƏBƏR XƏTTİ
Azərbaycanda yeni Mərkəz yaradılır – Fərman•İslam Rzayevin bu əmlakları üzərinə həbs qoyuldu•Dağların qoynunda yenidən doğulan Kəlbəcər•İşğaldan azadlığa gedən yol•İranda saxta içkidən kütləvi zəhərlənmə – 8 nəfər öldü, 164 nəfər xəstəxanalıq oldu•Daha bir məktəbə direktor təyin edildi – FOTO•Özcan Deniz və Deniz Çakır saxlanıldı•Kəlbəcər Şəhəri Günüdür•Azərbaycanda yeni Mərkəz yaradılır – Fərman•İslam Rzayevin bu əmlakları üzərinə həbs qoyuldu•Dağların qoynunda yenidən doğulan Kəlbəcər•İşğaldan azadlığa gedən yol•İranda saxta içkidən kütləvi zəhərlənmə – 8 nəfər öldü, 164 nəfər xəstəxanalıq oldu•Daha bir məktəbə direktor təyin edildi – FOTO•Özcan Deniz və Deniz Çakır saxlanıldı•Kəlbəcər Şəhəri Günüdür•

Azərbaycanın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Mecra.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 19-da Ağdaş və Göyçayda bir sıra 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.

Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 11:00-dan 14:00-dək Ağzıbir, Xınaxlı, Kotavan, Qaraoğlan və Pirəzə kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Həmçinin planlı fasilə saat 10:00-dan 13:00-dək Yuxarı Qəsil, Kükəl kəndlərini və Ləki dörd yol ərazisini əhatə edəcək.

Göyçay EŞ-yə daxil olan Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 12:00-dək  enerjinin verilişində fasilə yaranacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt