Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

XƏBƏR XƏTTİ
Azərbaycanda yeni Mərkəz yaradılır – Fərman•İslam Rzayevin bu əmlakları üzərinə həbs qoyuldu•Dağların qoynunda yenidən doğulan Kəlbəcər•İşğaldan azadlığa gedən yol•İranda saxta içkidən kütləvi zəhərlənmə – 8 nəfər öldü, 164 nəfər xəstəxanalıq oldu•Daha bir məktəbə direktor təyin edildi – FOTO•Özcan Deniz və Deniz Çakır saxlanıldı•Kəlbəcər Şəhəri Günüdür•Azərbaycanda yeni Mərkəz yaradılır – Fərman•İslam Rzayevin bu əmlakları üzərinə həbs qoyuldu•Dağların qoynunda yenidən doğulan Kəlbəcər•İşğaldan azadlığa gedən yol•İranda saxta içkidən kütləvi zəhərlənmə – 8 nəfər öldü, 164 nəfər xəstəxanalıq oldu•Daha bir məktəbə direktor təyin edildi – FOTO•Özcan Deniz və Deniz Çakır saxlanıldı•Kəlbəcər Şəhəri Günüdür•

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsindən azad olunub.

Mecra.az xəbər verir ki, Mustafa Abbasbəyli vəzifəsindən uzaqlaşdırılıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq.

Qurumdan bildirildi ki, Nazirliyin ümumi daxili strukturunun təkmilləşdirilməsi və kadr dəyişiklikləri ilə bağlı müvafiq proseslər həyata keçirilir. Proses yekunlaşdıqdan sonra məlumat təqdim olunacaq.

Qeyd edək ki, Mustafa Abbasbəyli 2024-cü ilin mayında Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin edilmişdi.

O, 2019- 2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2020-2024-cü illərdə Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

O həm də iqtisadiyyat nazirinin müşaviri Məmməd Abbasbəylinin qardaşıdır.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mustafa Abbasbəyli Nazirliyin Aparatında başqa vəzifəyə keçirilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt