Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı – İlk və son dayanacaqlar

XƏBƏR XƏTTİ
Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Ramiz Mehdiyevin qızının vəkili həbs edildi•“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” – VİDEO•Üçtərəfli görüşün tarixi açıqlandı•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Ramiz Mehdiyevin qızının vəkili həbs edildi•“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” – VİDEO•Üçtərəfli görüşün tarixi açıqlandı•

Bakıda metro xətlərinin ayrılması ilə əlaqədar sərnişindaşımanın fasiləsizliyini təmin etmək məqsədilə 6 yeni ekspres avtobus marşrutu bu gündən fəaliyyətə başlayıb.

Mecra.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC tərəfindən həyata keçirilən xətlərin ayrılması layihəsi çərçivəsində avqustun 15-dən “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılacaq. Bununla əlaqədar sərnişinlərin alternativ nəqliyyat vasitələrinə çıxışını təmin etmək üçün AYNA tərəfindən 6 ekspres marşrut təşkil olunub.

Yeni ekspres marşrutlar aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir:

M1 – “Elmlər Akademiyası” – “28 May”;

M2 – “İnşaatçılar” – “Nizami” – “28 May”;

M3 – “20 Yanvar” – “Nizami” – “28 May”;

M4 – “20 Yanvar” – “Koroğlu”;

M5 – “20 Yanvar” – “Gənclik”;

M6 – “Elmlər Akademiyası” – “Gənclik”.

Bununla yanaşı, sərnişin tələbatının qarşılanması üçün 20 müntəzəm marşrut xətti üzrə avtobusların sayı artırılacaq. Dəyişiklik 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli marşrutları əhatə edəcək.

Eyni zamanda, avqustun 13-dən “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqələri dəyişdirilib. 32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların son dayanacağı isə Puşkin küçəsində müəyyən edilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt