Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu – Azərbaycanda QƏRİBƏ HADİSƏ

XƏBƏR XƏTTİ
Azərbaycanda yeni qəsəbə salınır – 50 MİLYON MANAT AYRILDI•Kürdəmirdə DƏHŞƏT: Eyni kənddə iki nəfəri ildırım vurub öldürdü – VİDEO•Cəlilabadda 10 nəfər salatdan zəhərləndi – Yenilənib•Qaradağın yeni icra başçısı da kollektivə təqdim olundu – FOTOLAR•Prezidentdən “ADEX 2026”nın iştirakçılarına müraciət•Bu ölkədə subaylara hökumət sevgili tapacaq•Cəlilabadda yeni yaşayış məskəni aşkar edildi – FOTOLAR•İcra başçısı Vətən müharibəsi qazisini ziyarət etdi – FOTOLAR•Azərbaycanda yeni qəsəbə salınır – 50 MİLYON MANAT AYRILDI•Kürdəmirdə DƏHŞƏT: Eyni kənddə iki nəfəri ildırım vurub öldürdü – VİDEO•Cəlilabadda 10 nəfər salatdan zəhərləndi – Yenilənib•Qaradağın yeni icra başçısı da kollektivə təqdim olundu – FOTOLAR•Prezidentdən “ADEX 2026”nın iştirakçılarına müraciət•Bu ölkədə subaylara hökumət sevgili tapacaq•Cəlilabadda yeni yaşayış məskəni aşkar edildi – FOTOLAR•İcra başçısı Vətən müharibəsi qazisini ziyarət etdi – FOTOLAR•

Sabirabadda kişi bəyənmədiyi qadına görə cərimələnib.

Mecra.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Ulacalı kəndində baş verib.

43 yaşlı Kamil Dadaşovun (şərti adla) qohumları bir qadını ona arvad kimi işlədiyi fermaya gətiriblər. Lakin bir gün sonra Kamil xasiyyətlərinin uyğun gəlmədiyini görərək, qadını geri qaytarmaq istəyib və onu nalayiq ifadələrlə təhqir edib. Bu zaman qadın səs-küy salaraq, ondan şikayət edib. Şikayət əsasında Kamil saxlanılıb və barəsində inzibati protokol tərtib olunub.

Kamil bildirib ki, qadının şikayəti ilə əlaqədar o, polis şöbəsinə gəlib:

“Şöbənin arxa tərəfdən girişi olan qapısının qarşısında məni dəvət edən polis əməkdaşı ilə qarşılaşdım. Polis əməkdaşı qadının onu döyməyim barədə şikayət etdiyini bildirəndə əsəbiləşib onun ünvanına nalayiq ifadələr işlətdim”.

Sonda Kamil Dadaşov əməlindən peşman olduğunu bildirib.

Məhkəmənin qərarı ilə o, 50 manat məbləğində inzibati qaydada cərimələnib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt