Bərdədə zəncirvari qəza – 4 nəfər xəsarət aldı

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Bərdə rayonunda üç minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mecra.az xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Toyota Camry” markalı, 10-RE-858 dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ-2107” markalı, 77-GZ-516 dövlət qeydiyyat nişanlı avtomobil və 41-BE-260 dövlət qeydiyyat nişanlı digər minik avtomobili toqquşub.

Toqquşma nəticəsində “Toyota Camry” və “VAZ-2107” markalı avtomobillər yolun kənarına çıxıb.

Qəza zamanı “VAZ-2107” markalı avtomobildə olan 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.




Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt