Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlandı

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlanıb.

Mecra.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a açıqlamasında Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov deyib.

Onun sözlərinə görə, bütün model məktəbli formaları hazırdır:

“Bütün mağazalarımız gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Satış mərkəzlərimizdən alınan bütün məktəbli formalarına 1 il zəmanət veririk. 8 mağazamız il ərzində istirahətsiz fəaliyyət göstərsə də, mövsüm indi başlayıb. Kifayət qədər malımız var, istənilən qədər forma istehsal edə bilərik. Bütün model və ölçüləri də mövcuddur”.

E.Əzimov formaların qiymətləri barədə də məlumat verib.

Onun sözlərinə görə, ötən tədris ilində müəyyənləşdirilmiş endirimli qiymətlər olduğu kimi qalır və heç bir dəyişiklik tətbiq edilməyib:

“Oğlanlar və qızlar üçün 26-54 ölçü aralığında qısaqol köynəklər 12 manat, uzunqol köynəklər 14 nanat, şalvar və ətəklər isə 15 manat təşkil edir. 30-50 ölçü aralığında nazik jaketlər 20 manat, kapışonlu jaketlər 25 manat, 26-54 aralığında qalın jaketlər isə 22 manat müəyyənləşib. Bundan başqa, 26-54 ölçüdən böyük – yəni, 56-58-60 ölçü aralığında şalvar, ətək və köynəklərinin qiymətinə artıq parça sərfiyyatı səbəbindən 5 manat əlavə olunur”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt