Pirallahıda “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə dair tədbir keçirildi – FOTOLAR

Pirallahı rayonunda “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın icrasına həsr olunmuş maarifləndirici tədbir keçirlib.

Mecra.az xəbər verir ki, avqustun 13-də Pirallahı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın 8.5.1, 8.5.2 və 8.5.3-cü bəndlərinin icrası çərçivəsində tədbir təşkil olunub.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının müavini- Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri İsmayıl Əliyev, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının İşsiz şəxslərlə iş şöbəsinin müdiri Elnur Məmmədov, RİH başçısı Aparatının məsul əməkdaşları,  rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə uğurlu iş təcrübəsi olan şəxslər iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısının müavini– Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri İsmayıl Əliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən humanist dövlət siyasətinin mühüm istiqamətlərindən biri cəza çəkmiş şəxslərin yenidən cəmiyyətə qazandırılmasıdır. Bu baxımdan “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı” xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Tədbirdə çıxış edən Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının İşsiz şəxslərlə iş şöbəsinin müdiri Elnur Məmmədov çıxış edərək,  cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğunun təmin olunmasının və onların əmək bazarına uğurlu inteqrasiyasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğuladı. Bildirdi ki, peşə bacarıqlarının artırılması, məşğulluq imkanlarının genişləndirilməsi və işəgötürənlərin bu prosesdə fəal iştirakı həmin şəxslərin sosial adaptasiyasına və cəmiyyətə uğurlu reinteqrasiyasına mühüm töhfə verir.

Daha sonra çıxış edən Pirallahı Bələdiyyəsinin sədri Əli Kərimov, uğurlu iş təcrübələrinin ictimaiyyətə təqdim edilməsinin cəmiyyətdə mövcud stereotiplərin aradan qaldırılmasına, işəgötürənlər arasında müsbət yanaşmanın təşviqinə və cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin əmək bazarında daha fəal iştirakına xidmət etdiyi diqqətə çatdırıb.

Sonda Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planından irəli gələn məsələlər müzakirə edilib, bu sahədə görülmüş və icrası nəzərdə tutulan işlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

 

👁 42 baxış