Özünü öldürmə həddinə çatdırma maddəsi ilə iş açıldı

XƏBƏR XƏTTİ
Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Ramiz Mehdiyevin qızının vəkili həbs edildi•“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” – VİDEO•Üçtərəfli görüşün tarixi açıqlandı•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Ramiz Mehdiyevin qızının vəkili həbs edildi•“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” – VİDEO•Üçtərəfli görüşün tarixi açıqlandı•

Lənkəranda meşə ərazisində iki şəxsin meyitinin aşkar edilməsi faktı üzrə cinayət işi başlanıb.

Mecra.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 11-də Lənkəran rayonunun Haftoni kəndi yaxınlığındakı meşəlik ərazidə iki nəfərin meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalar zamanı meyitləri aşkar olunan şəxslərin 1997-ci il təvəllüdlü Mirzəyev Xəzər Vurğun oğlu və 2010-cu il təvəllüdlü Məmmədova Fidan Şahid qızı olması müəyyən edilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hazırda hadisənin bütün halları, eləcə də, şəxslərin ölüm səbəbləri və şəraiti araşdırılmaqla, müvafiq ekspertizalar təyin edilib, aidiyyəti dövlət qurumları, o cümlədən daxili işlər orqanlarının əməkdaşları ilə birgə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt