Tarixi köklər xalqları birləşdirən ən vacib amildir

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin Qırğız Respublikasına rəsmi səfəri ilə iki ölkə arasında münasibətlərin inkişafında möhtəşəm bir addım atıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında bildirib ki. “Bu gün biz Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarını ikiqat artıraraq 200 milyon dollara çatdırmaq barədə razılığa gəldik. Əminəm ki, bu, son hədd deyil, çünki Fondun fəaliyyəti ilə bağlı aldığımız təqdimat onun konkret məzmunla zənginləşdirildiyini göstərir”, – deyə dövlət başçısı vurğulayıb.

Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin siyasi iradəsi və Qırğızıstan Prezidenti Sadır Japarov ilə qarşılıqlı inama əsaslanan şəxsi münasibətləri ikitərəfli əlaqələrə güclü dinamika qazandırıb. Təsadüfi deyil ki, son 5 ildə qarşılıqlı olaraq 13 yüksək səviyyəli səfər gerçəkləşdirilib. Azərbaycan Respublikasının Prezident cənab  İlham Əliyev 2022-ci il oktyabrın 11-12-də Qırğızıstana ilk dövlət səfəri həyata keçirib. Prezident Sadır Japarov isə 2022-ci ilin aprelində,  2024-cü ilin aprelində ölkəmizə dövlət səfərləri edib. İki ölkə arasında indiyədək 105 sənəd imzalanıb. Bunlardan ən mühümü Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlığın əsasını qoyan “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”dir.

Budəfəki Səfər çərçivəsində imzalanmış sənədlər mövcud potensialdan faydalanmaq üçün zəmin yaradır. Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Enerji sektorunun inkişafı istiqamətində Azərbaycanın investisiya potensialı Qırğızıstan üçün kifayət qədər faydalı ola bilər.

Səfər çərçivəsində dövlətimizin başçısı həmçinin Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə iştirak edib. Bu kontekstdə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə dərin tarixi və mədəni köklərə dayanan əlaqələri keyfiyyətcə yeni mərhələyə qalxaraq, strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Birgə bəyanatlar zamanı səsləndirilən fikirlər və imzalanan sənədlər bundan sonra ortaq kökə malik ölkələr arasında münasibətlərin daha da inkişaf etdiriləcəyinin əyani sübutudur.

Xanoğlan Süleymanov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Təklə kənd inzibati

ərazi dairəsi üzrə nümayəndəsi

                                                                                            

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt