İcra başçısı vətəndaşları qəbul etdi – FOTOLAR

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tərəfindən növbəti vətəndaş qəbulu keçirilib.

Mecra.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi, vətəndaş müraciətlərinə operativ və həssas yanaşmanın təmin olunması ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tərəfindən növbəti vətəndaş qəbulu keçirilib.

Rayon icra hakimiyyətinin inzibati binasında keçirilən qəbulda aparatın məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə, təşkilatların rəhbər və nümayəndələri iştirak ediblər. Qəbul zamanı rayon sakinlərinin müxtəlif məzmunlu müraciət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin hər biri üzrə qanunvericiliyin tələblərinə uyğun izahatlar verilib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid məsələlərin operativ həlli üçün aidiyyəti üzrə yerində tapşırıqlar verilib, digər müraciətlər isə müvafiq qurumlar qarşısında qaldırılması və icrasına nəzarətin təmin edilməsi məqsədilə qeydiyyata alınaraq nəzarətə götürülüb.

Vətəndaşlar müraciətlərinə göstərilən həssas münasibətə və qaldırdıqları məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

👁 59 baxış