AQTA Lənkəran və Cəlilabadda quş tələfatı ilə bağlı araşdırmaya başladı – FOTO

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Cənub bölgəsində ev quşlarının, xüsusilə toyuqların naməlum səbəbdən tələf olduğu iddia edilir.

Toyuqlar və ördəklər arasında yayılan xəstəlik onların qısa müddətdə zəifləməsi, yemdən kəsilməsi ilə başlayıb və quşlar tez bir zamanda tələf olub.

Mecra.az məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, son günlər ərzində Lənkəran və Cəlilabad rayonları üzrə müvafiq regional bölmələrə ev quşlarının tələf olması ilə bağlı hər hansı rəsmi müraciət və ya məlumat daxil olmayıb:

“Mediada yayılan məlumatlar əsasında Agentliyin əməkdaşları tərəfindən Lənkəran rayonunda bir ailə təsərrüfatında ev quşlarının tələf olması faktı ilə bağlı araşdırma aparılıb. Təsərrüfatlardan müvafiq nümunələr götürülərək laboratoriyaya göndərilib, eyni zamanda xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə ərazidə zəruri baytarlıq-sanitariya tədbirləri, dezinfeksiya işləri həyata keçirilib.

Hazırda götürülmüş nümunələr üzrə laborator müayinələr davam etdirilir. Müayinələrin nəticələrindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görüləcək”.

AQTA cənub bölgəsində quş tələfatı ilə bağlı araşdırmaya başladı - FOTO

AQTA cənub bölgəsində quş tələfatı ilə bağlı araşdırmaya başladı - FOTO

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt