Peşə təhsilində böyük yenilənmə: 111 min dərslik hazırlandı

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Son üç il ərzində peşə təhsili müəssisələri üçün ümumilikdə 111 min yeni dərslik hazırlanıb.

Mecra.az xəbər verir ki,əmək bazarının tələblərinə uyğun olaraq 64 yeni təhsil proqramı hazırlanaraq tətbiq olunub.Hazırlanan dərsliklərin bölgələr üzrə bölgüsündə Bakı şəhəri liderlik edir. Belə ki, paytaxt üzrə 34 min 772 dərslik hazırlanıb.

Sonrakı yerlərdə 13 min 256 dərsliklə Abşeron-Xızı, 10 min 247 dərsliklə Şəki-Zaqatala və 10 min 205 dərsliklə Gəncə-Daşkəsən iqtisadi rayonları qərarlaşıb.

Lənkəran-Astara iqtisadi rayonu üzrə 9 min 176, Qarabağ üzrə 7 min 653, Mərkəzi Aran üzrə isə 5 min 569 dərslik hazırlanıb.

Qazax-Tovuzda 4 min 423, Quba-Xaçmazda 4 min 128, Dağlıq Şirvanda 3 min 93, Mil-Muğanda 3 min 29, Şirvan-Salyanda 2 min 825 yeni dərslik hazırlanıb.

Eyni zamanda, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 1 min 714, Naxçıvan Muxtar Respublikası üzrə isə 910 dərslik hazırlanaraq peşə təhsili müəssisələrinin istifadəsinə verilib.

Qeyd edək ki, yeni dərslik və təhsil proqramlarının hazırlanması peşə təhsilinin məzmununun müasirləşdirilməsi, ixtisasların əmək bazarının tələblərinə uyğunlaşdırılması və tələbələrin praktik biliklərinin gücləndirilməsi məqsədi daşıyır (Azedu.az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt