Putin miqrantlarla bağlı qanunu sərtləşdirdi

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Rusiya Prezidenti Vladimir Putin miqrantların gəlirlərinə dair tələblərin sərtləşdirilməsini nəzərdə tutan yeni qanunu imzalayıb.

Mecra.az xəbər verir ki, hüquqi aktların rəsmi dərc edildiyi portalda yerləşdirilən sənədə əsasən, Rusiyada çalışan əcnəbilər özlərini və öhdəliyində olan ailə üzvlərini dolandırmaq məcburiyyətində olacaqlar.

Təminat səviyyəsi miqrantın işlədiyi region üzrə regional əmsala vurulmuş adambaşına düşən yaşayış minimumundan aşağı ola bilməz. Miqrant eyni vaxtda bir neçə regionda fəaliyyət göstərərsə, hesablama ən yüksək yaşayış minimumu əsasında aparılacaq. Bundan əlavə, həmin məbləğ müvafiq subyektdəki orta aylıq əməkhaqqından çox olmamalıdır.

Xatırladaq ki, bir qədər əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin miqrantların ölkədən çıxarılmasına (deportasiyasına) səbəb olan hüquqpozmaların siyahısının iki dəfədən çox artırılacağını bildirmişdi. Daxil olan düzəlişlərdən sonra deportasiya nəzərdə tutulan maddələrin sayı 22-dən 45-ə qaldırılıb (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt