“İnanırıq ki, ona Vətən Müharibəsi Qəhrəmanı adı veriləcək” – Şəhid mayorun qardaşı

Vətən müharibəsi şəhidi, mayor Nazim Hüseynov Prezident İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Rəşadət” ordeni ilətəltif edilib.

Mecra.az xəbər verir ki, Nazim Hüseynov 1977-ci il oktyabrın 1-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Silahlı Qüvvələrimizin təcrübəli zabitlərindən, ali hərbi təhsili xarici ölkədə alan ilk zabitlərimizdən biri idi. O, 2018-ci ildə ordudan tərxis olunsa da Vətən müharibəsi zamanı yenidən döyüşlərə qatılıb. Cəbrayıl, Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.

Döyüşçü yoldaşı Vüqar İbadov Nazim haqda bunları deyib:

“Şəxsən mən ona çox güvənirdim. O, qədər savadlı və cəsur idi ki. Baxmayaraq ki, 20 ildir xidmət edirəm, amma onun bildiklərini bilmirəm. Yəni bu adam qorxmurdu ki, ona güllə dəyəcək, yaralanacaq, şəhid olacaq. Mərdi-mərdanə Azərbaycan oğlu, qəhrəman oğlu kimi vuruşurdu”.

ZƏFƏR - 🇦🇿 🇦🇿 Bu gün qəhrəman şəhidimiz mayor Nazim Hüseynovun doğum günüdür! Qürurla yad edirik! Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Nazim Yaqub oğlu Hüseynov 1977-ci il oktyabrın 1-də İmişli rayonunun Bəhrəmtəpə

Nazim sonda dəfə Hadrut yaxınlığında döyüşə girib. Düşmənlə qeyri-bərabər döyüşdə bir neçə güllə yarası aldıqdan sonra otyabrın 8-də şəhid olub.

Atası Yaqub Hüseynov Nazimin uşaqlığından söz açıb:

“Nazim balaca bir bayraq düzəltmişdi. Deyirdi ki, o bayrağı Şuşada sancmalıyam. Təəssüflər olsun ki, bu Nazimə qismət olmasa da, dövlətimizə qismət oldu, bayrağımızı Şuşada sancdıq”.

Anası Asiya Hüseynova:

“Mənim dörd övladım var. Onların içində, ağıllı, kamallı, övlad kimi Nazimin başqa yeri var idi. Nazim çox gözəl, sərbəst uşaq idi”.

Qardaşı Xanış Hüseynov:

“Qardaşım mənim tabor komandirimin müavini olub və onun tabeçiliyində xidmət etmişəm. O, çoc vətənpərvər insan idi, öz əsgərinə balası kimi münasibət bəsləyirdi. Hətta Azərbaycan bayrağını sinəsində gəzdirirdi. 2016-cı ilin Şanlı aprel döyüşlərində də iştirak etmişdi və bir neçə medallarla təltif edilmişdi. 3 – cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsi isə bizi çox sevindirdi. İnanırıq ki, ona Vətən Müharibəsi Qəhrəmanı adı da veriləcək”.

Şəhid Nazim Hüseynov

Şəhid mayor Nazim Hüseynovun Vətən müharibəsindəki xidmətləri də yüksək qiymətləndirilib. O, ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Nazimin ölkə başçısı tərəfindən növbəti dəfə Prezident İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsi isə ailəsini daha da qürurlandırıb. Onlar bir gün Nazimə də Vətən Müharibəsi Qəhrəmanı adının veriləcəyinə inandıqlarını bildiriblər.

Vasif ƏLİHÜSEYN

Şəhid mayor Nazim Hüseynovun son səs yazısı "söz vermişəm, axıra kimi də gedəcəm"

👁 49 baxış