“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar – FOTOLAR

XƏBƏR XƏTTİ
Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı – Əri saxlanıldı•Ermənistanda saxlanılan hərbçimiz ifadə verdi: “Mənə bıçaqla hücum edib döydülər”•Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək•Prezident onu qarşıladı – FOTOLAR•22 min rüşvət alan bələdiyyə sədrinə hökm oxundu•Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin olunub – FOTO•“İnsanın dəyərinin geyimi ilə deyil, biliyi ilə olduğu aşılamalıdırlar” – VİDEO•Şlyapalı kişi… – Meyxoş Abdullah yazır…•Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı – Əri saxlanıldı•Ermənistanda saxlanılan hərbçimiz ifadə verdi: “Mənə bıçaqla hücum edib döydülər”•Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək•Prezident onu qarşıladı – FOTOLAR•22 min rüşvət alan bələdiyyə sədrinə hökm oxundu•Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin olunub – FOTO•“İnsanın dəyərinin geyimi ilə deyil, biliyi ilə olduğu aşılamalıdırlar” – VİDEO•Şlyapalı kişi… – Meyxoş Abdullah yazır…•

Mediada “Azəridad” əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında AQTA tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Vüqar Ramiz oğluna məxsus kolbasa və sosiska məhsullarının istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.

Mecra.az xəbər verir ki,  yoxlama zamanı toyuq dərilərinin tükdən təmizlənmədən xammal kimi istifadə edildiyi, istifadə olunan bəzi xammalların müşayiətedici sənədlərinin olmadığı, məhsulların etiketlənməsi ilə bağlı tələblərin pozulduğu və istehlakçılara düzgün məlumat verilmədiyi müəyyən edilib.

Həmçinin müəssisədə izlənmə sisteminin düzgün aparılmadığı, məhsulların saxlanması və istehsal prosesində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb.

Aşkar edilmiş uyğunsuzluqlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbirlər görülüb, məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb, nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsalın dayandırılması və məhsul partiyasının satış şəbəklərindən geri çağırılması barədə qərar qəbul edilib.



Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt