Ermənistanda saxlanılan hərbçimiz ifadə verdi: “Mənə bıçaqla hücum edib döydülər”

XƏBƏR XƏTTİ
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı – VİDEO•Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı – Əri saxlanıldı•Ermənistanda saxlanılan hərbçimiz ifadə verdi: “Mənə bıçaqla hücum edib döydülər”•Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək•Prezident onu qarşıladı – FOTOLAR•22 min rüşvət alan bələdiyyə sədrinə hökm oxundu•Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin olunub – FOTO•“İnsanın dəyərinin geyimi ilə deyil, biliyi ilə olduğu aşılamalıdırlar” – VİDEO•Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı – VİDEO•Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı – Əri saxlanıldı•Ermənistanda saxlanılan hərbçimiz ifadə verdi: “Mənə bıçaqla hücum edib döydülər”•Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək•Prezident onu qarşıladı – FOTOLAR•22 min rüşvət alan bələdiyyə sədrinə hökm oxundu•Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin olunub – FOTO•“İnsanın dəyərinin geyimi ilə deyil, biliyi ilə olduğu aşılamalıdırlar” – VİDEO•

Qeyri-müəyyən şəraitdə Ermənistan sərhədini keçərək Şəki kəndinə (Zəngəzur) daxil olan Azərbaycan hərbçisi Nəsimi Musayev dindirmə prosesində heç kimə zərər yetirmək niyyətində olmadığını bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə dindirmə materiallarının bəzi detallarını əldə edən Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, N.Musayev ifadəsində erməni ailəsinin evinə daxil olarkən kimsəyə xəsarət yetirmək istəmədiyini vurğulayıb.

O bildirib ki, ev sahibəsindən onu buraxmasını dəfələrlə xahiş edib, lakin qadın onun silahından yapışdığı üçün atəş açmağa məcbur qalıb. Bundan əlavə, Azərbaycan hərbçisi yazılı şəkildə qadın və onun ailə üzvlərinin hücumuna məruz qaldığını, bıçaqla zərbələr aldığını və döyüldüyünü bəyan edib.

Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Şəki kəndi yaxınlığında naməlum səbəblərdən sərhədi keçən hərbçi barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt