Prezident onu qarşıladı – FOTOLAR

XƏBƏR XƏTTİ
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı – VİDEO•Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı – Əri saxlanıldı•Ermənistanda saxlanılan hərbçimiz ifadə verdi: “Mənə bıçaqla hücum edib döydülər”•Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək•Prezident onu qarşıladı – FOTOLAR•22 min rüşvət alan bələdiyyə sədrinə hökm oxundu•Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin olunub – FOTO•“İnsanın dəyərinin geyimi ilə deyil, biliyi ilə olduğu aşılamalıdırlar” – VİDEO•Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı – VİDEO•Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı – Əri saxlanıldı•Ermənistanda saxlanılan hərbçimiz ifadə verdi: “Mənə bıçaqla hücum edib döydülər”•Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək•Prezident onu qarşıladı – FOTOLAR•22 min rüşvət alan bələdiyyə sədrinə hökm oxundu•Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin olunub – FOTO•“İnsanın dəyərinin geyimi ilə deyil, biliyi ilə olduğu aşılamalıdırlar” – VİDEO•

Bu gün Bakıda Laos Prezidenti Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi olub.

Mecra.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Laos Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Laos Prezidenti Thonqlun Sisuliti qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Laos Prezidentinə raport verib.

Laos Xalq Demokratik Respublikasının və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Laos Prezidenti Thonqlun Sisulitin qarşısından keçib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Thonqlun Sisulitə, Laos nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.

Sonda dövlət başçıları rəsmi foto çəkdiriblər.

 










Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt