İmtahan günüdür

XƏBƏR XƏTTİ
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı – VİDEO•Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı – Əri saxlanıldı•Ermənistanda saxlanılan hərbçimiz ifadə verdi: “Mənə bıçaqla hücum edib döydülər”•Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək•Prezident onu qarşıladı – FOTOLAR•22 min rüşvət alan bələdiyyə sədrinə hökm oxundu•Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin olunub – FOTO•“İnsanın dəyərinin geyimi ilə deyil, biliyi ilə olduğu aşılamalıdırlar” – VİDEO•Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı – VİDEO•Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı – Əri saxlanıldı•Ermənistanda saxlanılan hərbçimiz ifadə verdi: “Mənə bıçaqla hücum edib döydülər”•Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək•Prezident onu qarşıladı – FOTOLAR•22 min rüşvət alan bələdiyyə sədrinə hökm oxundu•Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin olunub – FOTO•“İnsanın dəyərinin geyimi ilə deyil, biliyi ilə olduğu aşılamalıdırlar” – VİDEO•

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.

Mecra.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün gəlmə vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə edilir.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

İmtahana buraxılış vərəqəsi;

Şəxsiyyəti təsdiq edən sənədin əsli;

Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt