Ağdərədə tur avtobusu qəza etdi – Xəsarət alanlar var – Yenilənib

XƏBƏR XƏTTİ
Qaradağın yeni icra başçısı kimdir?•Yeni təyin olunan icra başçısı onun müavini imiş – Dosye•Bakı sakininin maşını Şuşada minaya düşdü•Prezident 3 rayona icra başçısı təyin etdi•Müştərilərə bazarda “yaş” adı ilə suya salınmış qoz satılır – AQTA susur – Ekspert•Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri açıqlandı•Göytəpə şəhərində şəhidlərin xatirəsi yad edildi – FOTOLAR•Bakıdan Naxçıvana reyslər təxirə salındı•Qaradağın yeni icra başçısı kimdir?•Yeni təyin olunan icra başçısı onun müavini imiş – Dosye•Bakı sakininin maşını Şuşada minaya düşdü•Prezident 3 rayona icra başçısı təyin etdi•Müştərilərə bazarda “yaş” adı ilə suya salınmış qoz satılır – AQTA susur – Ekspert•Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri açıqlandı•Göytəpə şəhərində şəhidlərin xatirəsi yad edildi – FOTOLAR•Bakıdan Naxçıvana reyslər təxirə salındı•

Ağdərə rayonunda tur iştirakçılarını daşıyan mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, qəza hadisəsi rayonun Vəngli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan mikroavtobus qarşıdan gələn minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində mikroavtobusda olan sərnişinlərdən iki nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

***

Qəza zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

Onlar- 1989-cu il təvəllüdlü Həsənova Həcər Əli qızı, 1984-cü il təvəllüdlü İmanova Raidə Bəxdiyar qızı, 2011-ci il təvəllüdlü Babayeva Minarə Elnur qızı, 2018-ci il təvəllüdlü İmanov Hüseyn Pərviz oğlu,1966-cı il təvəllüdlü Hacıyeva Nərgiz Əmrah qızıdır.

***

28.06.2026-cı il tarixində saat 09:30 radələrində Ağdərə rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 5 nəfər (3 qadın, 2 kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt