Prezidentdən məktəbəqədər təhsillə bağlı fərman

XƏBƏR XƏTTİ
Körpəsi ilə dəhşətli qəzaya düşən qadının vəziyyəti ağırdır•Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində – Fotolar – Yenilənib•Yeni sədrə 2 müavin təyinatı – Biri sabiq nazirin oğludur•Temperatur 10° enəcək – Xəbərdarlıq•Bakıda qəzaya düşən “BMW” klinikaya girdi – FOTOLAR•4 Əfqanıstan vətəndaşı saxlanıldı – FOTO•6 milyonluq malikanəsi ilə tanınan Bəxtiyar Dali kimdir? – DOSYE•Sabah leysan olacaq, qar yağacaq•Körpəsi ilə dəhşətli qəzaya düşən qadının vəziyyəti ağırdır•Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində – Fotolar – Yenilənib•Yeni sədrə 2 müavin təyinatı – Biri sabiq nazirin oğludur•Temperatur 10° enəcək – Xəbərdarlıq•Bakıda qəzaya düşən “BMW” klinikaya girdi – FOTOLAR•4 Əfqanıstan vətəndaşı saxlanıldı – FOTO•6 milyonluq malikanəsi ilə tanınan Bəxtiyar Dali kimdir? – DOSYE•Sabah leysan olacaq, qar yağacaq•

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli tətbiq ediləcək. 

Mecra.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli üzrə dövlət dəstəyinin maliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsait hesabına təmin edilməlidir.

Nazirlər Kabineti məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməli, Elm və Təhsil Nazirliyi hər növbəti maliyyə ili üzrə məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi üçün tələb olunan məqsədli vəsaitin həcmini Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etməlidir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt