Cəlilabadlı şagirdlərdən növbəti uğur: Qızıl və bürünc medal qazandılar – FOTOLAR

Cəlilabaddan iştirak edən şagirdlər Respublika Fənn Müsabiqəsində (RFM) böyük uğur qazanıblar.

Mecra.az xəbər verir ki, bu haqda Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayon təhsil sektorunun müdiri İlkin Zeynalov məlumat verib.

Belə ki, Süleymanlı Zəhra Cəbrail qızı bilologiya fənni üzrə qızıl medala layiq görülüb. O, Cəlilabad rayonu Xanəgah kənd tam orta ümumtəhsil məktəbin VII sinif şagirdidir.

Bir bir və ya daha çox şəxs və hörük şəkili ola bilər

Əliyev Yusif Bəxtiyar oğlu kimya fənni üzrə bürünc medala layiq görülüb. O, Cəlilabad şəhəri Rəşad Abdullayev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin Vll sinif şagirdidir.

Bir bir və ya daha çox şəxs şəkili ola bilər

Şagirdlərimizi, onların valideynlərini və müəllimlərini qazandıqları möhtəşəm uğur münasibətilə ürəkdən təbrik edir, hər birinə bol-bol uğurlar arzulayırıq.

Bildirirəm ki, ötən tədris ilində Süleymanlı Zəhra Cəbrayıl qızı RFM-də rayonumuzu təmsil edərək bürünc medal qazanmışdı.

👁 69 baxış