Bütün şüurlu həyatını ölkəmizin çiçəklənməsinə həsr etmiş Heydər Əliyevin müqəddəs Qurtuluşun işığından qaynaqlanan ideyaları artıq neçə illərdir ki, uğurla həyata keçirilir. Bu ideyaların ən başlıca məqsədi xalqa, dövlətə sədaqətlə xidmət etmək, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına nail olmaqdır. Tarixi baxımdan o qədər də böyük olmayan son illər ərzində dövlətimizin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında misilsiz dəyişikliklər baş verib. Bundan ötrü Azərbaycan regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsinin yekunlarına, yeni Dövlət Proqramının reallaşdırılması prosesinə diqqət yetirmək kifayətdir. Bu illər ərzində iqtisadiyyatın inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, şəhər və kəndlərin abadlaşdırılması və müasirləşdirilməsi sahələrində elə nailiyyətlər qazanılmışdır ki, bunları əvvəlki illərdə müşahidə etməmişdik. İndi razılıqla qeyd etmək olar ki, Heydər Əliyevin qurduğu təməl üzərində yeni-yeni tədbirlər həyata keçirilir, müstəqilliyimizin qorunmasına çox mühüm önəm verilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ümummilli Llder Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Dahi şəxsiyyət Heydər Əliyev siyasətinin layiqli davamçısı Möhtrəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib.
Biz inanırıq ki, xalqımızın nailiyyətləri bundan sonra daha da möhkəmlənəcək, müstəqil respublikamız öz qüdrətini artıracaqdır. Biz daha güclü dövlətə çevriləcəyik, heç kəsdən nə siyasi, nə də iqtisadi asılılığımız olmayacaq. Əslində belə asılılıq indi yoxdur, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bunu bunu dəfələrlə bəyan etmişdir. Müstəqilliyimizin başlıca göstəricisi də məhz budur.
Yenə də təkrar edirəm ki, xalqımız 1993-cü ildən sonrakı tariximiz ərzində görülən işlər əvəllər heç vaxt görülməyib. Unutmayaq ki, bizim bu günümüz kimi, sabahımız da dövlətçilk uğrunda mübarizədən qida alıb, bu mübarizəni davam etdirərək daha da irəli gedərək, suverenliyimizi və azadlığımızı daha da möhkəmləndirməyliyik.
Meyxoş Abdullah,
Yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident mükafatçısı
👁 36 baxış
