Sabah 35° isti olacaq

XƏBƏR XƏTTİ
Sabah leysan olacaq, qar yağacaq•Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində – FOTO•BMU-nun tələbəsi vəfat etdi – Foto•Sükan arxasında yuxulayan sürücü ana və arabadakı körpəsinin üstündən keçdi – VİDEO•Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib – VİDEO•3 yaşınadək uşağı olan bu analara hər ay – 100 manat veriləcək•Uşağın doğulmasına görə müavinət – 900 manat artırılır•Qarabağa xərclənəcək vəsaitin məbləği açıqlandı•Sabah leysan olacaq, qar yağacaq•Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində – FOTO•BMU-nun tələbəsi vəfat etdi – Foto•Sükan arxasında yuxulayan sürücü ana və arabadakı körpəsinin üstündən keçdi – VİDEO•Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib – VİDEO•3 yaşınadək uşağı olan bu analara hər ay – 100 manat veriləcək•Uşağın doğulmasına görə müavinət – 900 manat artırılır•Qarabağa xərclənəcək vəsaitin məbləği açıqlandı•

İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Mecra.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların bir qədər intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-30° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt