Pirallahıda 15 iyun-Milli Qurtuluş Günü münasibətilə təntənəli ümumrayon tədbiri keçirildi – FOTOLAR

11 iyun 2026-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı Rayon Təşkilatının birgə təşkilatçılığ ilə15 İyun – Milli Qurtuluş

Mecra.az xəbər verir ki, Günü münasibətilə “Qurtuluşun İşığı: Ümummilli Lider Heydər Əliyev” başlıqlı təntənəli ümumrayon tədbiri keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov, Milli Məclisin üzvü Nəsib Məhəməliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, Qeyri-Hökümət Təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələri və fəal gənclər iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin büstü önünə gül qoyulması ilə öz işinə başlayıb. Ardınca RİH başçısı və qonaqlar rayon məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. Daha sonra tədbirin rəsmi hissəsinə keçid edilib, dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib.

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov tədbiri giriş nitqi ilə açaraq bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitlik təmin olunub, dövlət və ordu quruculuğu prosesi sürətlənib, sosial-iqtisadi inkişaf üçün möhkəm zəmin yaradılıb və Azərbaycanın tarixi Zəfərinə aparan yolun əsasları formalaşıb. Milli Qurtuluşdan başlanan inkişaf yolu xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və müstəqilliyimizin möhkəmlənməsinin əsasını təşkil edib. Qurtuluşdan Zəfərimizə qədər keçdiyimiz şərəfli təqvim hər bir azərbaycanlının qürur və ilham mənbəyi olub. Azərbaycan bu gün yeni inkişaf mərhələsində inamla irəliləyərək regionun aparıcı dövlətlərindən biri kimi öz mövqeyini daha da gücləndirir. Ümummilli Liderin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz hərtərəfli inkişaf yolunda yeni nailiyyətlər qazanır.

Millət vəkili Nəsib Məhəməliyev çıxışında qeyd edib ki, ötən 33 il Azərbaycan Respublikasının müstəqillik tarixinin ən şərəfli, qürurlu və uğurlu dövrü kimi hər bir vətəndaşın yaddaşında silinməz iz qoymuş, tarixi salnaməmizə əbədi həkk olunub. Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmaqla yanaşı, ölkənin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və davamlı inkişafının təmin edilməsində mühüm rol oynayıb. 15 İyun – Milli Qurtuluş Günü Heydər Əliyevin uzaqgörən siyasətinin, dövlətçilik təfəkkürünün, zəngin idarəçilik təcrübəsinin və dahi şəxsiyyətinin təntənəsidir. Ulu Öndərin müdrik rəhbərliyi və parlaq zəkası sayəsində Azərbaycan sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoydu, müstəqilliyimizin möhkəmləndirilməsi və dövlət quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edilib.
Yekun olaraq çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki, 15 iyun tarixi bizi parçalanmaqdan qoruyan, xalqımızı bir yumruq kimi birləşdirən və addım-addım böyük Zəfərə aparan yolun ilk və ən mühüm təməl daşıdır. Biz ulu öndər Heydər Əliyevin ideyalarına, onun siyasi kursuna sadiq qalaraq, cənab İlham Əliyevin rəhbərliyi altında hələ çox böyük uğurlara imza atacağıq. 15 İyun Milli Qurtuluş Günü bizim keçmişimiz, bu günümüz və gələcəyimiz arasındakı qırılmaz mənəvi və siyasi körpüdür. Bu körpü bizi hər zaman zəfərlərə, inkişafa və milli həmrəyliyə aparacaqdır. Bu dövləti qorumaq, Heydər Əliyev ideyalarına sadiq qalaraq ölkəmizin inkişafına töhfə vermək hər birimizin vətəndaşlıq borcudur.

Sonda tədbir tanınmış sənətçilərin təqdimatında ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

👁 57 baxış