Cəlilabadlı müəllim Bakıda qadını ölümdən xilas etdi – VİDEO

XƏBƏR XƏTTİ
Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•

İyulun 6-da Abşeron rayon  Xırdalan şəhərində ehtiyatsızlıq ucbatından balkondan yıxılan qadının həyatı xilas edilib.

Qadını ölümdən xilas edən qonşusu Abdullayev Anar Həbib oğlu olanları Mecra.az-a belə nəql edib:

“Axşam saatlarında bir qadının səsinə çıxdım. Gördüm ki, qadın aşağıdan yuxarı binaya baxıb dedi ki, orda bir xanım paltar iplərinə ilişib qalıb və kömək istəyir. Dərhal 6-cı mərtəbəyə qalxdım, amma ev sahibi evdə olmadı. Sonra 5-ci mərtəbədə mənzilə daxil olub balkondan dəmir barmaqlıqların arasından xanımı tutub saxladım. Daha sonra bir nəfər gəldi və dedim ki, döşəkağı ilə xanımı qolundan bağla. Amma adam həyəcandan xanımı qolundan bağlaya bilmədi. Gördüm ki, özüm də yoruluram, qollarımın gücü çəkilir. Sonra xanımı özümə tərəf çəkib qolumu belinə keçirib saxladım. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gələnə qədər xanımı elə saxladım. Sonra onlar dəmir barmaqlıqları kəsib xanımı xilas etdilər”.

A.Abdullayevin sözlərinə görə, xanım ehtiyatsızlıqdan 8-ci mərtəbənin balkonundan yıxılıb:

“Xanım 8-ci mərtəbədən yıxılaraq 7-ci mərtəbənin paltar iplərini qırıb və 6-cı mərtəbənin balkonunda olan paltar iplərindən sallanıb qalıb. Mən də çıxıb 5-ci mərtəbənin balkonundan xanımı yerə düşməyə qoymadım və həyatını belə xilas etdik”.

Qeyd edək ki, Anar Abdullayev Cəlilabad rayonunda anadan olub. O, Cəlilabad şəhər Şah İsmayıl Xətai adına 4 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimidir.

Vasif ƏLİHÜSEYN

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt