Ermənistanda parlament seçkiləri keçirilir

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Ermənistanda parlament seçkiləri ilə əlaqədar səsvermə prosesinə start verilib.

“Qafqazinfo”nun məlumatına görə, ölkə üzrə seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb.

Səsvermə axşam saat 20:00-dək davam edəcək, bundan sonra səslərin sayılmasına başlanılacaq.

Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin məlumatına əsasən, seçkilərdə 2 milyon 489 min 31 vətəndaşın səsvermə hüququ var.

Parlament seçkilərinin keçirilməsi üçün ölkə ərazisində ümumilikdə 2005 seçki məntəqəsi fəaliyyət göstərir.

Seçki prosesini izləmək üçün 71 media qurumu akkreditasiyadan keçib. Bundan əlavə, seçkiləri 13 yerli və 8 beynəlxalq müşahidə missiyası izləyir.

Parlament seçkilərində iştirak etmək üçün 18 siyasi qüvvə – 16 partiya və 2 siyasi ittifaq qeydiyyatdan keçib.

Qeyd edək ki, əvvəlcə seçkilərdə iştirak etmək üçün qeydiyyata alınan Alyans Partiyası sonradan namizədliyini geri götürərək, Mərkəzi Seçki Komissiyasına müraciət edib. Komissiya partiyanın qeydiyyatının ləğvi ilə bağlı müraciətini təsdiqləyib.

Seçkilərin nəticələrinin səsvermə başa çatdıqdan sonra mərhələli şəkildə açıqlanacağı gözlənilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt