Məşhur avtomobil şirkəti ABŞ bazarını tərk edə bilər

XƏBƏR XƏTTİ
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür – FOTO•İlham Əliyev onları belə təbrik etdi – “Gözəl oyun nümayiş etdirdiniz”•İnfantinodan Prezidentə xatirə hədiyyələri – FOTOLAR•Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş – FOTOLAR•Prezident ailəsi ilə FIFA U-15 dünya çempionatının açılış mərasimini izlədi – FOTOLAR•Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal•Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı – DTX-dən əməliyyat•Lənkəranda balıq tutmağa gedən kişinin meyiti tapıldı•Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür – FOTO•İlham Əliyev onları belə təbrik etdi – “Gözəl oyun nümayiş etdirdiniz”•İnfantinodan Prezidentə xatirə hədiyyələri – FOTOLAR•Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş – FOTOLAR•Prezident ailəsi ilə FIFA U-15 dünya çempionatının açılış mərasimini izlədi – FOTOLAR•Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal•Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı – DTX-dən əməliyyat•Lənkəranda balıq tutmağa gedən kişinin meyiti tapıldı•

“Mercedes-Benz” Çin avtomobil şirkətlərinin ABŞ-dəki fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş qanun layihəsi səbəbindən ölkə bazarından çıxa bilər.

Oxu.Az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

Qeyd olunub ki, Konqresdə yeni ikipartiyalı təşəbbüs sənədi müzakirə edilir. Sənədin mahiyyəti ondan ibarətdir ki, ABŞ-nin rəqibi hesab olunan xarici dövlətlə (xüsusilə Çinlə) birbaşa və ya dolayı kapital payı olan avtomobil istehsalçılarına ABŞ-də avtomobil idxalı, satışı və ya sonrakı satış üçün istehsalı qadağan edilir.

Telekanalın məlumatına əsasən, belə bir addım ABŞ-də “Mercedes-Benz”in yeni avtomobillərinin satışının məhdudlaşdırılmasına gətirib çıxara bilər. Materialda həmçinin dəqiqləşdirilir ki, “Mercedes-Benz”in ən böyük səhmdarı Çin dövlət şirkəti olan BAIC-dir (əvvəlki adı Beijing Automotive Industrial).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt